“Dolu”
filmi Budapeştdə nümayiş olunub
Azərbaycan Respublikasının Macarıstandakı
səfirliyi tanınmış
yazıçı, Milli
Məclisin deputatı
Aqil Abbasın Dağlıq Qarabağda erməni işğalçılarına
qarşı mübarizədən
bəhs edən “Dolu” romanının motivləri əsasında
“Azərbaycanfilm” kinostudiyasında
çəkilmiş eyniadlı
filmin Budapeştdə
nümayişini təşkil
edib.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın
ölkəmizə hərbi
təcavüzünün fəsadları,
qaçqınlar problemi
barədə məlumat
verib.
Filmin ssenari müəllifi, yazıçı Aqil Abbas son illər Azərbaycan kinosunun uğurlu nümunələrindən
sayılan “Dolu” filmi üzərində yaradıcı işdən
danışıb. Macarıstan parlamentinin
üzvləri, diplomatlar,
media təmsilçiləri, yaradıcı adamlar, Azərbaycan diasporunun və macar ictimaiyyətinin
nümayəndələri ekran
əsərini maraqla izləyiblər.
Mədəniyyət.-
2013.- 12 iyun.- S. 10.